Bosniya müharibəsi zamanı Sarayevoda snayper kimi xidmət etdiyi bildirilən Serbiya prezidenti Aleksandr Vuçiçlə bağlı Milan prokurorluğuna çoxsaylı sənədlər, fotoşəkillər və videolar təqdim etdikdən sonra, onun müharibədə iştirak etdiyini təsdiqləyən ifadələri də ortaya çıxıb.
1994-cü ildə bir jurnala verdiyi müsahibədə Vuçiç Belqraddan Sarayevoya hərbi könüllü kimi getdiyini və Yəhudi qəbiristanlığında olduğunu bildirib. "Mən hərbi könüllü idim, Belqraddan Sarayevoya getmişəm və Yəhudi qəbiristanlığında olmuşam" – deyə Vuçiç jurnala müsahibəsində bildirib.
Bildirilir ki, Vuçiçin qeyd etdiyi ərazi snayperlərin xüsusilə yerləşdirildiyi bir bölgə olub və burada serb millətçiləri çox sayda mülki şəxsi qətlə yetirib.
Xatırladaq ki, xorvatiyalı araşdırmaçı jurnalist Domoqoy Marqetiç, Serbiya prezidenti Aleksandr Vuçiçin 1992-1995-ci illər Bosniya müharibəsi zamanı Sarayevoda snayper olduğunu iddia edərək Milan Baş Prokurorluğuna ərizə təqdim edərək ona cinayət işi açılmasını tələb edir. Şikayətdə Marqetiç, prezident Vuçiçin Bosniya müharibəsi zamanı serb millətçilərinin mülki şəxsləri hədəf aldığı Sarayevodakı hərbi mövqelərdə snayper kimi xidmət etdiyini iddia edir.
TAHİR