Cümə axşamı günü, 12 noyabr 2026
     

Dünyanın canı İran-ABŞ qarşıdurmasından qurtardı

Image


Vyanada İran və beynəlxalq "altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.

Baki-xeber.com xəbər verir ki, İranın BMT silah müfəttişlərinə ölkənin hərbi obyektlərinin yoxlanması icazəsini verməsi ilə Tehran və Qərb arasında uzun sürən məşəqqətli nüvə danışıqlarında son əngəli aradan qaldırıb və iki onillikdir ki, gözlənilən yekun sazişi razılaşdırılıb.

Diplomatların bildirdiyinə görə, sanksiyaların yüngülləşdirilməsi əvəzində İranın nüvə proqramının məhdudlaşdırılması barədə ortaq qərara gəlinib. Məlumatlara görə, əldə olunmuş razılıq İranın nüvə obyektlərinin təftişinə dair kompromisi nəzərdə tutur.

"Associated Press” agentliyi adı çəkilməyən Qərb diplomatına istinadən danışıqlar prosesində son əngəllərin aradan qaldırıldığını bildirib. Reuters agentliyi də adları çəkilməyən iki İran diplomatına istinadən danışıqlarda razılığın əldə edildiyini xəbər verib.

"Çətin danışıqlar axırda öz bəhrəsini verib, razılıq əldə olunub", agentlik İran diplomatının sözlərini sitat gətirib.

Razılaşmanın mətni hələ açıqlanmasa da, əsas detallardan bəziləri məlumdur: - İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma İran giriş üçün icazə barədə mübahisə edə bilər: İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər: BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.

Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlar iki həftəyə yaxın davam edirdi. Vyana danışıqıları İran ilə ABŞ, Rusiya və Böyük Britaniya da daxil olmaqla, dünyanın aparıcı altı ölkəsi arasında aparılır. "Altılıq" deyilən ölkələr qrupu İranın nüvə proqramının məhdudlaşdırılmasına nail olmağa çalışır. İran, öz növbəsində, beynəlxalq sanksiyaların ləğvinə nail olmaq istəyir.

Razılaşma layihəsində qeyd edilir ki, İran razılaşdırılmış bütün şərtləri yerinə yetirəcəyi təqdirdə Aİ iqtisadi və maliyyə sanksiyalarını ləğv edəcək. Bundan başqa, Tehran 15 il ərzində uranı 3,67 faizdən çox zənginləşdirməməyə razılaşıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov İranla "altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın detallarını da açıqlayıb (APA). S. Lavrov bildirib ki, tərəflər əsas sənəd və 5 texniki konkret təklifin yer aldığı birgə tədbirlər planını, habelə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini razılaşdırıblar: "Güman edirik ki, yaxın günlərdə həmin sənəd BMT TŞ-də yekdilliklə qəbul olunacaq”.

Lavrov onu da əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq. Onun sözlərinə görə, ABŞ-ın mülki aviasiya sahəsində İranla əməkdaşlığa qoyduğu məhdudiyyətlər də ləğv olunacaq.

Silah embarqosuna gəldikdə isə Rusiya XİN rəhbəri bildirib ki, embarqo 5 il müddətində qüvvədə qalacaq. Bununla belə BMT TŞ-nin qərarına əsasən həmin müddət ərzində İrana silah satışına icazə verilə bilər.

İndi Tehran və dünya qüvvələrini təmsil edən 6 ölkə - ABŞ, Britaniya, Fransa, Rusiya, Çin, Almaniya əldə olunmuş sazişin dekabradək icra olunması üçün "yol xəritəsi”nin texniki detallarını razılaşdırmalıdırlar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu sazişi bütün tərəflər üçün uğurlu adlandırsa da, sənədin kamil olmadığını dilə gətirib: "Biz hamı üçün heç də mükəmməl olmayan, lakin öhdəsindən gələ biləcəyimiz razılaşma əldə edirik”.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini isə sazişi "bütün dünya üçün ümid yeri” adlandırıb.

İsrail və sünni ərəb monarxiyaları sazişi qətiyyətlə pisləyiblər. Sünni ərəb dövlətləri, ələxüsus da Səudiyyə Ərəbistanı narahatdır ki, indi Tehran milyardlarla sərbəst dollarını Hizbullah kimi müttəfiqlərinə xərçləyə biləcək və Suriyadan İraqadək ərəb dünyasında siyasi çəkisini artıracaq.

İsralin baş naziri Benjamin Netanyahu razılaşmanı "tarixi miqyaslara malik səhv” adlandırıb. O deyib ki, İran indi nüvə silahına aparan düzgün yola düşür, buna mane olan bir çox məhdudiyyətlər aradan qaldırılacaq.

Amma əksər dünya liderləri demək olar ki, bu razılaşmanı müsbət qarşılayıb. İran prezidenti Həsən Ruhani bildirib ki, "altılıq"la sazişin imzalanması İranın inkişafında mühüm mərhələdir. O, Ramazan ayının yaxşı xəbər gətirdiyini qeyd edib: "Bu Ramazan ayı bizə yaxşı xəbər gətirdi – saziş imzalandı. Bu gün biz İranın nüvə sənədi ilə bağlı dünya ölkələri ilə danışıqların davam etdiyi 12 illik tarixi başa çatdıran dövlətimizin inkişafının mühüm mərhələsindəyik”.

Rusiya prezidenti Vladimir Putin Vyanada Tehranla "altılıq” ölkələri arasında əldə olunan anlaşmanı alqışladığını bildirib: "Rusiya Vyanada İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasına dair qəbul edilən qərarı alqışlayır. Ümid edirik ki, bütün maraqlı tərəflər, ilk növbədə "altılıq” ölkələri İranla razılaşdırılan qərarları tam həcmdə icra edəcəklər”.

Rusiya prezidenti razılaşmanın həmçinin dinc atom üzrə Moskva-Tehran əməkdaşlığı baxımından vacibliyini önə çəkib.

ABŞ Prezidenti Barak Obama deyib ki, İran 98 faiz zənginləşdirilmiş urandan imtina edəcək.Obama qeyd edib ki, İran "altılıq”la sazişə əməl etməlidir, əks təqdirdə sanksiyalar yenidən qüvvəyə minəcək. Onun sözlərinə görə, İran üçün nüvə silahına bütün yollar bağlanacaq.

Prezident əlavə edib ki, nüvə proqramı ilə bağlı Tehranla əldə olunmuş razılıq ABŞ və İran arasındakı bütün fikirayrılığını həll etməyəcək: "ABŞ "terrorizmə dəstək”, insan hüquqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə əlaqədar İrana qarşı sanksiyaları saxlayacaq".

O da qeyd edilməlidir ki, bu sazişi Amerika Birləşmiş Ştatlarında böyük əngəl gözləyir. Konqresdə xeyli respublikaçı və demokrat İsrail baş nazirinin narahatlığını bölüşürlər. Konqresin sazişə baxaraq onu rədd etməsi Barak Obamanı İran üzərindəki sanksiyaları qaldırmaq imkanından məhrum edə bilər. Lakin administrasiya inanır ki, sazişin Konqresdən keçməsi üçün demokratların kifayət qədər resursları var.

İran və beynəlxalq "altılıq” arasında razılıq əldə olunmasını Azərbaycan da alqışlayıb. Energetika naziri Natiq Əliyev deyib ki, Qərb ölkələri tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunması enerji sektoruna canlanma gətirəcək: "Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də, bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək".

N. Əliyev bildirib ki, İran qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması regionda yeni əməkdaşlıqlara yol açacaq.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə deyib ki, İranın nüvə proqramı üzrə saziş çox vacibdir, çünki İranın xeyli dərəcədə təbii qaz ehtiyatları var. Onun sözlərinə görə, İranla əldə edilən saziş bu ölkəyə investisiyaların yolunu da açır.

T.Yıldız qeyd edib ki, İranla bir çox investisiya layihələri mövcuddur və indi onlar üçün yol açıqdır.

İran sazişinin doğurduğu digər narahatlıq isə neft bazarlında baş verə biləcək mümkün yeni təlatümlə bağlıdır. İran sanksiyaların ləğvindən sonra neft hasilatını ciddi şəkildə artırmağa və gündəlik 1,2 milyon bareldən 2,3 milyon barelə çatdırmağa hazırlaşır.

"Finacial Times” qəzeti yazır ki, ilin əvvəllərindən başlayaraq köhnə qiymətinin 60 faizini bərpa etmiş neft yenidən ucuzlaşmağa başlayıb. Bu, bazarların İrandan axacaq yeni milyonlarla barrel gözləntisi ilə bağlıdır. Neft qiymətləri artıq may ayından bəri 15 faiz düşmüşdü.

Bununla belə ABŞ təhlilçiləri İran barrellərinin bazara dekabradək axacağını gözləmirlər. Onlar bildirirlər ki, Konqres və Obama arasında İran sazişi uğrunda çəkişmə uzun sürə bilər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ