ABŞ-da daha bir təyyarə qəzası baş verib. Bu dəfə Filadefiya şəhərində kiçik təyyarə qəzaya uğrayıb. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb. Qəza ərazisində böyük yanğın baş verib, evlərə və avtomobillərə ziyan dəyib. Təyyarədə altı nəfərin olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Mətləb