ABŞ-da təyyarə ilə helikopterin toqquşması nəticəsindən baş vermiş qəzadan sonra Potomak çayından 30-dan çox meyit çıxarılıb.
"NBC news" telekanalı verir ki, hazırda xilasetmə əməliyyatı çətin şəraitdə davam edir.
Qeyd edək ki, yanvarın 30-da "American Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 "Black Hawk" hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.
Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.
ZÜMRÜD