Daha bir ölkə Donald Trampın şərtlərini qəbul edib. Belə ki, Kolumbiya hökuməti Amerika tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb. Bu barədə Ağ Ev məlumat yayıb.Sənəddə deyilir: "Kolumbiya hökuməti ABŞ-dan repatriasiya edilmiş Kolumbiyadan olan bütün qeyri-qanuni miqrantların, o cümlədən Amerika hərbi təyyarələri ilə məhdudiyyətsiz və gecikmə olmadan qəbul edilməsi də daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb".
Mətləb Salahov