Avropa İttifaqı Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını və ölkədəki münaqişənin həlli üçün xarici hərbi varlıqların, xüsusilə Rusiyanın Tarsus limanı və Hmeymim hava bazası kimi hərbi bazalarının çıxarılmasını şərt qoyub.
Aİ rəsmilərinin Suriya ilə normallaşma çərçivəsində zəruri olduğunu vurğuladığı bu məsələnin Suriyanın yeni administrasiyası tərəfindən gələcəkdə dəyərləndirəcəyi bildirilir.
Bu arada, Suriyanın yeni administrasiyası Tartus limanının fəaliyyəti üçün Rusiya ilə bağlanmış investisiya müqaviləsini birtərəfli qaydada ləğv edib, ancaq bu barədə Rusiya tərəfinə əvvəlcədən məlumat verilməyib.
TAHİR