ABŞ prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədliyini irəli sürdüyü keçmiş senator Marko Rubio Senatda keçirilən səsvermədə Tramp hakimiyyətinin ilk naziri kimi təsdiq edilib.
Səsvermə nəticəsində Marko Rubio ABŞ-ın 72-ci dövlət katibi olub. Floridadan olan keçmiş respublikaçı senator 99 səslə Senatda dövlət katibi vəzifəsinə təsdiq edilib.
Kubalı mühacirlərin övladı olan Rubio ABŞ tarixində ilk latın kökənli dövlət katibidir. Rubio senator kimi 14 illik fəaliyyəti dövründə Konqresdə əsas komitələrdə, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsi və Senatın Kəşfiyyat Komitəsində çalışıb.
TAHİR