10 gündür meşə yanğınlarının davam etdiyi Kaliforniyanın Los-Anceles şəhəri və ətrafında kütləvi qarət halları bölgə sakinləri arasında ciddi narahatlıqlara səbəb olub. Evlərinin talan ediləcəyindən qorxan insanlar hökumətə qarşı çıxaraq, komendant saatına əməl etmirlər və silahlanaraq öz evlərini qorumağa çalışırlar.
Meşə yanğınlarının evakuasiya zonalarında qarət iddiası ilə 50-yə yaxın adam həbs edilib. Talançıların meşə yanğını qurbanlarının evlərini qarət edəcəyindən narahat olan bəzi sakinlər isə evakuasiya əmrlərinə məhəl qoymayaraq öz əmlaklarını qorumaq üçün təhlükə zonasında qalırlar. Bildirilir ki, təhlükəsizlik tədbirlərinin yetərsizliyindən şikayət edən ev sahibləri təhlükəsizliyi öz əllərinə almağa çalışırlar. Gecə saatlarında komendant saatının tətbiq olunduğu Los-Ancelesdə insanların hökumət rəsmilərinin komendant saatına məhəl qoymayaraq evlərini qorumağa çalışdığı bildirilir. Məlumatlara görə, insanlar talançıların fəlakətdən istifadə edib evləri qərət etməsinin qarşısını almaq üçün silahlanaraq keşik çəkməyə başlayıblar.
ABŞ səlahiyyətliləri Los-Anceles və ətrafında 10 gündür davam edən yanğınlarla mübarizənin gələn həftə ölkəni vurması gözlənilən "Santa Ana" küləkləri səbəbindən çətinləşə biləcəyini bildirib.
ABŞ mətbuatı Los-Anceles dairəsinin şerifi Robert Lunaya istinadən yazır ki, yanğınlar nəticəsində itkin düşənlərin sayının 30-a çatıb.
TAHİR