Rusiya Dövlət Dumasının keçmiş deputatı, Sovet ordusunun polkovniki Viktor Alksnis 74 yaşında ölüb. Rusiya mətbuatı yazır ki, bu barədə onun qızı İrina məlumat yayıb. Məlumata görə, 2019-cu ilin oktyabrında ona xərçəng diaqnozu qoyulub, 30 dekabr 2024-cü ildə polkovnik insult keçirib və komaya düşüb. Viktor Alksnis 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1991-ci illərdə Latviya SSR Ali Sovetinin deputatı olub. O, həmçinin 1999-2007-ci illərdə üçüncü və dördüncü çağırış Dövlət Dumasının deputatı seçilib.
Viktor Alksnis ictimaiyyət arasında "Qara polkovnik" kimi tanınıb. Bu, onun 1991-ci ildə Sovet İttifaqında Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) tərəfdarlarını dəstəkləməsi ilə bağlıdır.
Mətləb