Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Britaniya kəşfiyyatının Suriyadakı Rusiya hərbi bazalarına qarşı terror hücumları təşkil etməyi planlaşdırdığını iddia edib.
İddia edilir ki, ABŞ və Britaniya Yaxın Şərqdəki xaotik mühit naminə Suriyada vəziyyətin sabitləşməsinə mane olmağa çalışır.
Açıqlamada qeyd edilir ki, ABŞ və Britaniyanın Suriyadakı Rusiya hərbi bazalarının çıxarılmasını istəyir və bununla bağlı təxribat planı hazırlayıblar: "Britaniya Kəşfiyyatı Suriyada rus hərbi qüvvələrinə qarşı terror hücumları təşkil etməyi planlaşdırır. Bu məsələdə rol da yeni administrasiya tərəfindən həbsxanalarda azad edilən İŞİD terror təşkilatının yaraqlılarına verilib. London və Vaşinqton belə təxribatların Rusiyanı əsgərlərini Suriyadan çıxarmağa təşviq edəcəyini düşünür. Bununla yanaşı Suriyada yeni administrasiya radikal qruplara nəzarət edə bilməməkdə ittiham olunacaq".
TAHİR