Son üç həftə ərzində Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 182 nəfər saxlanılıb. Onlardan 43-ü məhkəmənin qərarı ilə həbs edilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir qeyd edib ki, əməliyyat ölkənin 22 vilayətində, o cümlədən Ankara, Adana, İstanbul, İzmir və Qaziantepdə aparılıb.
Əməliyyatların gedişi Türkiyə Jandarma Komandanlığı yanında Terrorla Mübarizə İdarəsi tərəfindən koordinasiya edilib.
Mətləb Salahov