Rusiya və Ukrayna ölən əsgərlərin cəsədlərini dəyişdiriblər. Mübadilə nəticəsində Rusiya 42, Ukrayna isə 503 əsgərin cəsədini qəbul edib.
Bu barədə RBC-yə Dövlət Dumasının deputatı, Prezident yanında İnsan Hüquqları və Vətəndaş Cəmiyyətinin İnkişafı Şurasının üzvü Şamsail Saraliyev məlumat verib.
Ukraynanın hərbi əsirlərin koordinasiya mərkəzi Donetskdən 403, Luqanskdan 12, Zaporojya vilayətlərindən isə 57 cəsədin götürüldüyünü açıqlayıb. O da bildirilib ki, 31 meyit Rusiya ərazisindəki morqlardan qəbul edilib.
TAHİR