Rusiyanın Murmansk vilayətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 31 nəfərə çatıb. Bu barədə "Rusiya Dəmir Yolları"nın teleqram kanalında bildirilib. "Dəqiqləşdirilmiş məlumata görə, dekabrın 18-də Murmansk-Sankt-Peterburq sərnişin qatarının qəzaya uğraması nəticəsində 31 nəfər xəsarət alıb, onlardan 5-i uşaqdır. 14 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 4-ü ağır vəziyyətdədir. 2 nəfər həlak olub", - məlumatda qeyd edilib.Şirkət zərərçəkmiş sərnişinlərə öz tibb müəssisələrində pulsuz müalicə və reabilitasiya imkanı təqdim etməyə hazır olduğunu bildirib.
Mətləb Salahov