Bu gün radikal müxalifət xarici havadarlarının da köməyinə baxmayaraq 800-dən çox adamı etiraz aksiyasına çıxara bilmədi, bunu bacarmazlar da. Bununla da italyanlıların dediyi kimi, "komediya bitdi".
Bunu deyən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı.
"Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! "Finita la commedia" italyanların dediyi kimi", – deyə Kobaxidze vurğulayıb.
ZÜMRÜD