Moskvada partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və sürücüsü həlak olub.
Partlayıcı qurğu onun evinin girişinin yanında dayanan samokata yerləşdirilib. Partlayıcı qurğunun gücü təxminən 200 qram trotil təşkil edib.
"İstintaqın məlumatına görə, dekabrın 17-si səhər saatlarında Moskvada, Ryazanski prospektində yaşayış binasının girişinin yaxınlığında dayanan skuterdə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olub", - deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
ZÜMRÜD