Çeçenistanda yerləşən "Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti"nə dronlarla hücum olub. Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu gün səhər saat 06:30-da Qudermesdə, "Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti"nin ərazisində, pilotsuz uçuş aparatının hücumu nəticəsində boş binanın damında yanğın baş verib. Tələfat və xəsarət alan yoxdur. Yanğını söndürüblər" – Çeçenistanın lideri yazır.
Məlumat üçün bildirək ki, Çeçenistan hakimiyyəti ilk dəfədir ki, Çeçenistan ərazisinə dronların hücumu haqda xəbər verir.
TAHİR