Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı həyata keçirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Nazirlikdən verilən yazılı açıqlamada deyilir: "PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq hava əməliyyatları davam edir".Əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Mətləb Salahov