Bazar günü günü, 08 noyabr 2026
     

Türkiyədə cinayətkar həkimlər dəstəsinin dəhşətli əməlləri üzə çıxır...

Image


Türkiyədə yeni doğulmuş körpələri özəl xəstəxanalara göndərərək külli miqdarda qazanc əldə edən və səhlənkarlıq edərək onların ölümünə səbəb olan dəstə ilə bağlı yeni təfərrüatlar üzə çıxdıqca ölkədə bu olay üzərindən yaranan qəzəb dalğası daha da artır. 

Xatırladaq ki, araşdırmalarla bir qrup şəxsin əməlləri nəticəsində 12 körpənin öldüyü məlum olub. "Yenidoğan" dəstəsi adı verilən qruplaşma bir neçə özəl xəstəxana, eləcə də 112 "qaynar xətti"ndə işləyən şəxslərlə əlbir olaraq körpələri həmin tibb müəssisələrinin yenidoğulmuşlar üçün nəzərdə tutulan bölmələrinə yerləşdirib.

Araşdırmalardan bəlli olur ki, barəsində bəhs olunan özəl xəstəxanalar pasiyentlərin effektiv müalicəsi üçün zəruri resurslara malik olmayıb. Buna rəğmən, dəstə üzvləri uşaqların mövcud vəziyyətini olduğundan daha ağır göstərərək uzun müddət orada qalmalarını təmin edib. Nəticədə isə Sosial Təminat Qurumundan yüksək məbləğdə vəsait əldə ediblər. Onlar, eyni zamanda xəstə yaxınlarından əlavə pul da alıblar. Bununla yanaşı, körpələrin tənəffüs yollarının müalicəsində istifadə edilən dərmanlar işlədilmiş kimi göstərilərək üçüncü tərəfə satılıb. Onlar uşaqların xəstə olduğunu iddia etmək üçün qan testlərini də saxtalaşdırıb. Bu yolla gündəlik hər xəstə üçün 8000 türk lirəsi əldə ediblər. Fırat Sarı adlı şəxsin rəhbərlik etdiyi bu dəstənin əməlləri nəticəsində 12 körpə vəfat edib. Yeni doğulmuş körpələrin bəzilərinin infeksiya səbəbindən öldüyü qeyd olunub. Sağ qalan körpələrin əksəriyyətinin səhhətində isə ciddi problemlər yaranıb. 47 nəfər bu məsələdə şübhəli bilinir. Onlardan 27-si artıq həbs edilib. Bakırköy Respublika Prokurorluğunun hazırladığı 1399 səhifəlik iddianamədə sadalanan 197 cinayət hadisəsinin qeydlərində şəbəkə üzvləri bir-birinə körpə ölümlərini danışarkən gülüb zarafatlaşırlar. Dəstənin başçısı olduğu bildirilən həkim Fırat Sarı bu məsələdə xüsusi fəallıq nümayiş etdirib. Ümumiyyətlə, bir çox tibb işçilərinin qeydlərində körpə ölümlərinə biganə qaldıqları, körpələr ölərkən bir-birilə zarafatlaşdıqları, bu hərəkətləri sırf pul qazanmaq üçün etdikləri, körpə ölümlərindən narahat olmadıqları, əsl ölüm səbəblərini gizlətməyə çalışdıqlarını bildirirlər. Sağlam yeni doğulmuş körpələrin "ölümünə səbəb olan" və ya ölmək üzrə olan körpələri ailələrindən daha çox pul almaq üçün "yaşamağa" məcbur edən dəstəyə qarşı ittiham aktında olduqca maraqlı nüanslar yer alır. Səhiyyə Nazirliyinin hazırladığı müfəttiş hesabatı da ittiham aktında yer alıb. İstintaqın aparıldığı xəstəxanalarda dünyasını dəyişən körpələrlə bağlı vəziyyətin  tək-tək araşdırıldığı hesabatda diqqəti çəkən detallara yer verilib. Məsələn,  Ayaz K. adlı körpənin 26 noyabr 2023-cü ildə dövlət xəstəxanasında doğulduğu və ilkin olaraq sağlam olan körpədə ürək çatışmazlığı inkişaf etdiyi üçün özəl xəstəxanaya köçürüldüyü bildirilib. Körpənin göndərildiyi özəl xəstəxananın reanimasiya bölməsinin şəraitinin qeyri-kafi olduğu bildirilən hesabatda şübhəli tibb bacısı Çağla Durmuşun səlahiyyətində olmadan körpəyə müdaxilə etdiyi vurğulanır. O da qeyd olunub ki, körpənin ölümündə özəl xəstəxananın rəhbərlərinin də rolu var.

Saxlanılan şübhəlilərin vəkilinin istintaqı aparan prokuroru təhdid etməsinin gizli kamera qeydi jurnalist Emrullah Erdinç tərəfindən 11 oktyabr 2024-cü ildə ictimaiyyətlə paylaşılıb. İddianamədə Fırat Sarı, 112 Təcili Zəng Mərkəzinin təcili yardım sürücüsü Qıyasəddin Mert Özdemir və həkim İlker Gönen "təşkilat qurmaqda" ittiham olunur. İstintaq prokurorunu ailəsi ilə hədələyən vəkil Aylin Arslantatar və özünü müşavir kimi təqdim edən Mustafa Kamal Zengin adlı şəxs də həbs edilənlər arasındadır. İttiham aktının təfərrüatları mətbuatda dərc edildikdən sonra hadisədə iştirak etdiyi iddia edilən 10 xəstəxananın lisenziyası ləğv edilib. Lisenziyaları ləğv edilən xəstəxanalar bunlardır: Özəl Avcılar Xəstəxanası, Özəl TRG Hospitalist Xəstəxanası, Özəl Birinci Xəstəxana, Özəl Güney Xəstəxanası, Özəl Bağcılar Medilife Xəstəxanası, Özəl Beylikdüzü Medilife Xəstəxanası, Özəl Reyap İstanbul Xəstəxanası, Özəl Silvate İstanbul Xəstəxanası, Özəl Bağcılar Xəstəxanası Xəstəxanası və Çorlu Reyap Xəstəxanası. Səhiyyə naziri Kamal Memişoğlu bildirib: "Artıq on xəstəxananın xəstəxana vəsiqələri əllərindən alındı, onlar artıq xəstəxana deyil. Bu qurumlara xəstələrin qəbul edilməsi dayandırılıb və onlarda olan xəstələr köçürülüb". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Memişoğlu və ədliyyə naziri Yılmaz Tunçla görüşüb və məsələ ilə bağlı məlumat alıb. Daxili işlər naziri Əli Yerlikaya bildirib: "Haqsız qazanc əldə etmək üçün cənnət körpələrimizin həyatını heçə sayan bu vicdansız insanların öz cəzalarını alması üçün məsələni diqqətdə saxlayacam". CHP sədri Özgür Özəl dəstəni araşdırmaq üçün partiya nümayəndələrindən ibarət heyət yaradıldığını açıqlayıb. CHP-nin sözçüsü Deniz Yücel Memişoğlunu istefaya çağıraraq qeyd edib: "Başqa ölkədə olsaydı, hökumət istefa verərdi. Bizdə məsul siyasətçilər həyasızlıqla kresloya yapışırlar".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ