ABŞ və Cənubi Koreya gələn həftə birgə hərbi təlimlər keçirəcək. Bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb. Təlimlər avqustun 19-dan 29-dək davam edəcək. Buraya kompüter simulyasiyasına əsaslanan komanda-qərargah məşqi, eyni vaxtda səhra və mülki müdafiə təlimləri daxildir.
"Cənubi Koreya-ABŞ alyansı kütləvi qırğın silahlarının qarşısını almaq və onlardan qorunmaq üçün öz imkanlarını və mövqelərini gücləndirməyə davam edəcək", - deyə məlumatda qeyd edilib.
Mətləb Salahov