Şimali Koreyadan göndərilən tullantı dolu şarlardan biri Seulda prezident administrasiyasının yerləşdiyi kompleksin ərazisinə düşüb. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb .
"Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsi ilə birgə Şimali Koreyadan atılan tullantı yüklü şarlarla bağlı vəziyyətin monitorinqi zamanı Yonqsan bölgəsindəki hökumət kompleksinin ərazisində qalıqlar aşkar edilib", - bu barədə Cənubi Koreya prezidentin müdafiə xidməti bildirib.
Mətləb Salahov