Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Murmanskda lövbər salmış "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisinə qarşı təxribat cəhdinin qarşısının alındığını açıqlayıb.
Açıqlamada, Ukrayna xüsusi xidmət orqanlarının bu məqsədlə əvvəllər gəmidə xidmət etmiş 2000-ci il təvəllüdlü əsgərlə təmas qurduğu, lakin həmin şəxsin bununla bağlı dərhal təhlükəsizlik qüvvələrini məlumatlandırdığı bildirilir.
Xidmət həmçinin bildirir ki, Moskvada üç yüksək rütbəli zabitə hücum cəhdinin də qarşısı alınıb.
TAHİR