"Şimali Atlantika Alyansı münaqişə başlayandan Ukraynaya yardım edir. Bu dəstək də bundan sonra da göstərilməlidir". Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Riqada keçirilən brifinqdə bildirib. Stoltenberq vurğulayıb ki, NATO sammitində Alyans üzvlərinin Ukraynada bundan sonra da müdafiənin gücləndirilməsi barədə qərar qəbul edəcəyini gözləyir. O bəyan edib ki, Alyans üzvləri Ukraynaya hər il təxminən 40 milyard avro dəyərində hərbi dəstək göstərirlər.
Mətləb Salahov