Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan ilə ABŞ arasında mövcud olan münasibətlər müəyyən şəxslər və qüvvələr tərəfindən korlanıb. "Birləşmiş Ştatlar tərəfindən maliyyə dəstəyi alan gürcü Qeyri-Hökumət Təşkilatları 2020-2021-ci illərdə ölkəmizdə iki dəfə inqilab etməyə çalışıb. Bu il isə 3-cü cəhdin şahidi olduq. Ona görə də hesab edirəm ki, Gürcüstanla ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır."- Baş nazir bildirib. O əlavə edib ki, ABŞ-ın Gürcüstandakı sabiq səfirinin dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan münasibətləri yenidən nəzərdən keçirilməlidir.
Mətləb