Haiti məhkəməsi 2021-ci ildə öldürülmüş ölkə prezidentinin həyat yoldaşı Jovenel Moiz, eləcə də keçmiş baş nazir Klod Cozef sui-qəsdin təşkilində iştirak ittihamı ilə mühakimə olunmasını tələb edir. "Métronome" radiostansiyasının yaydığı xəbərdə deyilir ki, işdə ümumilikdə 50-dən çox şəxs iştirak edir. Eyni zamanda, hakim Haitinin hazırkı Baş naziri Ariel Henrini ittihamlardan azad edib.
Mətləb Salahov