Bazar günü günü, 08 noyabr 2026
     

İran-Pakistan döyüşü: Niyə alovlanıb və nə vaxt bitəcək?

Image


Son günlər İran İslam Respublikası ilə Pakistan İslam Respublikası arasında ciddi hərbi-siyasi gərginlik yaşanır.

Qeyd edək ki, yanvarın 16-da İran İslam İnqılabı Keşikçilər Korpusu Pakistanın cənub-şərq ərazilərinə raket hücumları edib. İran KİV-ləri xəbər verir ki, SEPAH əsasən İran sərhədinə yaxın olan və ölkəyə sızmağa cəhd edən "Ceyş əl-Ədl" terror təşkilatının mövqelərinə zərbələr endirib. 

Əlbəttə ki, SEPAH-ın hücumları Pakistan İslam Respublikası tərəfindən qəzəblə qarşılandı və rəsmi İslamabad açıq şəkildə bəyan etdi ki, Tehranın bu hərəkəti Pakistanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. 

İraqdan fərqli olaraq Pakistan buna qarşı cavab olaraq İranın Bəlucistan və Sistan əyalətində Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsinin mövqelərinə raket zərbərləri endirib. Bundan sonra rəsmi İslamabad bir daha Tehrana xəbərdarlıq etdi ki, İran növbəti dəfə Pakistanın suveren hüquqlarını pozmağa cəhd edərsə, Pakistan daha da ciddi adevkat addımlar atacaq.  Hər iki ölkə bir-birini təhlükəsizliyinə təhdid edən terror təşkilatlarını himayə etməkdə ittiham edirlər.

Kimdir bu "Ceyş əl-Ədl" və Bəlucistan Azadlıq Ordusu? İranın cənub-şərq ərazilərində, əsasəndə Bəlucistan və Sistan əyalətində fəaliyyət göstərən "Ceyş əl-Ədl" sünni təriqətinə mənsub və separatçı bəluclardan ibarət olan hərbi qruplaşmadır. Tehranın terror təşkilatları siyahısına daxil edilən "Ceyş əl-Ədl" 2012-ci ildə tərkisilah olunmuş radikal sünni silahlı qruplaşma olan  "Cundullah" -ın üzvləri tərəfindən əsası qoyulub. Bu qruplaşmanın rəhbərləri açıq-aşkar bəyan edirlər ki, onlar müstəqil Bəlucistan dövləti və bəlucların azadlığı uğrunda mübarizə aparırlar. Bundan başqa, silahlı qruplaşmanın İranda sünni bəluc separatçılarından ibarət olan "Ənsurullah əl-Furqan" ilə müəyyən təmasları var. 

2012-ci ildən bu yana həm "Ceyş əl-Ədl", həm də "Ənsurullah əl-Furqan" İranda polis və təhlükəsizlik qüvvələrinə, milli ordunun və SEPAH-ın heyətinə və postlarına saysız-hesabsız terror hücumları təşkil edib. İran İslam Respublikasının kəşfiyyat orqanlarının, o cümlədən SEPAH-ın təhlükəsizlik konsepsiyasında "Ceyş əl-Ədl" və "Ənsurullah əl-Furqan" -na qarşı mübarizə və bu terror təşkilatların aradan qaldırılması əsas prioritetlərdən biri hesab olunur. 

Bəlucistan Azadlıq Ordusu, eləcə də Bəluc Azadlıq Cəbhəsinə gəlincə, hər iki silahlı qruplaşmanın hədəfində əsasən Pakistan durur. 2000-ci ildə əsası qoyulan Bəlucistan Azadlıq Ordusu, 2004-ci ildə yenidən bərpa olunan Bəluc Azadlıq Cəbhəsi Pakistanın Bəlucistan əyalətində etnik bəluclar arasında separatçılığı təbliğ edir və Pakistanın Silahlı Qüvvələrinə terror hücumları təşkil edib, eyni zamanda ölkədə bir sıra dövlət qurumları və təhsil müəssisələrində terror aktları törədib. Məhz buna görə də hər iki silahlı qruplaşma Pakistan tərəfindən terror təşkilatı elan edilib. 

İrandakı "Ceyş əl-Ədl" və "Ənrullah əl-Furqan" kimi Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsi də müstəqil Bəlucistan dövlət uğrunda mübarizə apardıqlarını bəyan edirlər. Onu da əlavə edim ki, Bəluc Azadlıq Cəbhəsi, həmçinin İranın Sistan və Bəlucistan əyalətində separatçılığa dəstək göstərir. Bəluc problemi hər iki ölkə üçün ciddi problemə çevrilib "Ceyş əl-Ədl", "Ənrullah əl-Furqan", Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsi – bütün bu təşkilatların hədəfləri ümumi bir nöqtəyə toxunduğundan, bəluc separatizmin həm Pakistan, həm də İran üçün ciddi problemə çevrildiyini görürük. Pakistan və İranın cənub-şərq ərazilərində etnik bəluclar kompakt şəkildə məskunlaşıblar. 

Son statistik rəqəmlərə görə, Pakistanda 6.86 milyon, İranda 2 milyon və Əfqanıstanda isə 500 – 600 min arası bəluc yaşayır. Onu da nəzərə alaq ki, Pakistanda və İranda bəlucların məskunlaşdığı ərazilər ən kasıb, yoxsul, iqtisadi cəhətdən az inkişaf edən və məhsuldarlıq baxımından əlverişsiz bölgələr hesab olunur. İnsan hüquqları təşkilatlarının məlumatlarına görə, həm İranda, həm də Pakistanda etnik bəlucların siyasi, iqtisadi və mədəni hüquqları ciddi şəkildə pozulur və bəlucların hüquqları uğrunda mübarizə aparan siyasi fəallar repressiyalara məruz qalırlar. Onlar siyasi və mədəni hüquqların pozulması, yoxsulluq və kasıblığı hər iki ölkədə bəluc separatizmini alovlandıran əsas amillər hesab edirlər. İstər "soyuq müharibə", istərsə də postmüharibə dövründə Pakistanda və İranda bəluc separatizmi ciddi, ağır fəsadlarla nəticələnib. 

İndiki dövrdə də bəluc separatçıları müxtəlif təşkilatların adı altında Pakistan və İranın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə ciddi təhdidlər törətməkdə davam edilər. Bu baxımdan İslamabad və Tehran separatizm və terrorizmlə bağlı eyni baxışları bölüşür. Lakin görürük ki, Pakistan və İran separatizm və terrorçuluğa qarşı birgə mübarizə aparmaq əvəzinə, bu iki məsələdə bir-birini ittiham edir. 

Tehran bəyan edir ki, Pakistan "Ceyş əl-Ədl" terror təşkilatının öz ərazisində mövqelər qurmasına və İranın daxil ərazilərinə sızmasına şərait yaradır. İslamabad isə öz növbəsində İranı öz ərazisində Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsinin fəaliyyət göstərməsinə şərait yaratmaqda və hər iki təşkilatı Pakistana qarşı istifadədə ittiham edir. Bu qarşılıqlı ittihamlar uzun müddət ki, davam edir. 

Xüsusi əsaslarla sübut olunmasa da, İran Pakistana, Pakistan da İrana qarşı bəluc faktorundan istifadə edə bilər. Bildiyimiz kimi, Pakistan və İran Avrasiya regionunda hərbi-siyasi və iqtisadi cəhətdən özünə məxsus potensiala malik olan güc mərkəzləridir. Xüsusilə, qeyd etmək lazımdır ki, nüvə silahına və uzaqmənzilli ballistik raketlərə malik olan Pakistanın, nüvə silahına nail olmağa çalışan İranın təhlükəsizlik strategiyasında cənub-şərqi Asiyada, xüsusilə Əfqanıstanda və Ərəb dənizində sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən vaxtaşırı Pakistan və İranın dövlət rəsmiləri arasında Əfqanıstanda, habelə Mərkəzi Asiyada vəziyyətin sabitləşməsi, təhlükələrin qarşısının alınması barədə ikitərəfli danışıqlar aparılıb. Bu baxımdan, regionun iki güclü dövləti olan Pakistan və İran bir-birinə qarşı ittihamları bir kənara qoyub bəluc separatizminə qarşı mübarizədə və terror təşkilatlarının tamamilə sıradan çıxarılmasında birgə əməkdaşlıq edə bilərlər. Təbii ki, bu, hər iki güc mərkəzinin iradəsi, istəyi və rasional siyasətindən asılı olacaq. Hər iki ölkə Çin və Rusiyanın vasitəçiliyi ilə, yaxud ikitərəfli qaydada danışıqlar aparıb bu məsələ üzrə ortaq razılaşmaya gələ bilər. Bəluc probleminin yeganə həll yolu diplomatiyadan keçir. İslamabad və Tehranın separatizm və terrorizmə qarşı birgə mübarizəsi təkcə iki ölkə arasında etimadı möhkəmləndirməyəcək, həmçinin Çin-Pakistan-İran iqtisadi koridorunun inkişafına yol açacaq. 

Yunis Abdullayev



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ