ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus helikopter Cənubi Kaliforniya sahillərində Sakit okeana düşüb. Bu barədə "Associated Press" Sakit okean donanmasının nümayəndəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, xilasedici qayıq 6 ekipaj üzvünü sahilə çıxarıb.
Qeyd edilib ki, "MH-60R Seahawk" helikopteri ötən gün San-Dieqo Sakit okean körfəzinə düşüb. Helikopterin qəzaya uğrama səbəbləri araşdırılır.
Mətləb