Danimarkanın kraliçası Marqaret bu əsrdə öz taxtından imtina edən ilk şəxs olacaq. Kraliça bütün dünyanı təəccübləndirib. O, taxtdan uzaqlaşdığını və hakimiyyəti oğlu Fridrixə verdiyini bəyan edib. Onun oğlu 10- cu Fridrix adı ilə kral olacaq. Danimarka kral ailəsi bəyan edib ki, "bu 900 il ərzində ilk dəfə baş verən hadisədir"...
Hadisə yanvarın 14- də baş verəcək. 52 ildir kraliçadır, 83 yaşında hakimiyyətdən gedir. Kraliça deyib ki, taxtı atamdan aldım, oğluma ötürürəm.
Ramil Quliyev