İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub. İran mətbuatının yazdığına görə, tədbirlər davam edir.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. İran Prezidenti İbrahim Rəisi terror aktının qisasının alınacağını bildirib.
Mətləb