Strateji və texnoloji araşdırmalar Mərkəzinin direktoru Ruslan Puxov Blumberq agentliyinə belə deyib.Onun sözlərinə görə Rusiyanın Qara dəniz donanması Krımdan faktiki olaraq çıxarılıb.
Bununla da Rusiya donanmasının Krımda 1783- cü ildən bu yana 240 illik hərbi mövcudluğuna son qoyulub.Bu vəziyyət müharibə başlayandan Rusiyanın 20- dən çox gəmisinin məhv edilməsi sayəsində mümkün olub.Bu gəmilərin çoxu desant gəmiləri və sualtı qayıqlardan ibarətdir.Ən son zərbə isə Feodosiya limanında " Novoçerkassk" gəmisinin məhv edilməsi oldu. Gəmilər ingilis və fransız Storm və Skalp qanadlı raketləri ilə vurulub.
Nahid Salayev