Argentinanın yeni seçilmiş prezidenti Havyer Miley fəaliyyətə başlayan kimi BRİKS təşkilatının üzvü olan hər bir dövlətin başçısına məktub göndərib və ondan əvvəlki prezidentin 1 yanvar 2024- cü ildən təşkilata üzv olmaq barədə əvvəlki qərarını ləğv etdiyini bildirib.
Miley deyib Ki, əvvəlki hökumətin bəzi səhv qərarlarına yenidən baxılacaq. Xatırladaq ki, Argentinanın yeni prezidenti ABŞ- a meylliliyi ilə seçilir. BRİKS- ə Braziliya, Rusiya, Çin ,Hindistan və Cənubi Afrika Respublikası daxildir.
Nahid Salayev