"Rusiya ilə NATO arasında gərginlik artarsa, Finlandiya zərər çəkən ilk ölkə olacaq". RİA xəbər agentliyi bildirir ki, bunu yüksək rütbəli rusiyalı diplomat deyib.
"Onlar illərdir sülh şəraitində yaşayırlar, lakin birdən-birə bu, NATO-ya üzvlüklə sona çatdı. Əgər Rusiya ilə NATO arasında gərginlik olarsa, bundan ilk olaraq Finlandiya zərər görəcək" - deyə rusiyalı diplomat Mixail Ulyanov bildirib.
Finlandiya bu il Rusiya-Ukrayna müharibəsindən sonra təhlükəsizlik səbəbindən NATO-ya üzv olub. Rusiya isə ABŞ-la yeni müdafiə sazişi ilə bağlı Finlandiyaya xəbərdar edib.
TAHİR