Türkiyə hakimiyyəti İŞİD ilə əlaqədə şübhəli bilinən 304 nəfəri saxlayıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
"İŞİD terror təşkilatına qarşı "Qəhrəmanlar-34" əməliyyatı zamanı 32 vilayətdə 304 nəfər saxlanılıb", - Qərb mətbuatı nazirin sözlərindən sitat gətirir.
"Biz təhlükəsizlik qüvvələrimizin fəal səyləri sayəsində mübarizəni davam etdirəcəyik", - Yerlikaya əlavə edib.
Həbslərin əksəriyyəti Ankara, İstanbul və İzmir şəhərlərində aparılıb.
ZÜMRÜD