Rusiya əvvəlcədən Minsk sazişi əsasında Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə hazır idi.
Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı deyib.
Putin bildirib ki, Rusiya Ukrayna müharibəsinin əvvəlində Minsk sazişində göstərilən müəyyən şərtlərlə Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, o cümlədən Donbası geri qaytarmağa hazır idi. Onun sözlərinə görə, Minsk sazişinin mənası da elə bundan ibarət idi və əgər Ukrayna və Qərb bu sazişin reallaşdırılmasına razılıq versəydi, hər şey qaydasına düşəcəkdi.
TAHİR