Ukraynanın Zakarpatye vilayətində kənd sovetinin iclasında deputat qumbara partladıb. Trend xəbər verir ki, bu barədə məlumatı və görüntüləri Ukrayna telegram kanalları yayıb.
Görüntülərdə deputatın iclasa daxil olaraq 3 ədəd qumbaranı ard-arda partlatdığı əks olunub.
Hadisə nəticəsində 26 nəfər yaralanıb, 6-sının vəziyyəti ağırdır. Qumbaraları partladan deputat reanimasiyadadır.