Niderland krallığında parlament seçkilərində ultrasağ yönlü Azadlıq Partiyası qalib gəlib."Eurointegration.com" saytının yazdığına görə, səslərin 98 faizi sayılıb. Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb. Bu exit-poll-un ehtimalından iki dəfə çoxdur. Azadlıq Partiyası hazırkından 20 yer artıq əldə edib.Məlumata görə, siyasi təşkilatın lideri Gert Vilders Ukraynaya silah tədarükünə qarşı çıxış ilə də tanınır.Mətləb