ABŞ və Rusiya liderləri İranın heç vaxt İsraili məhv edə bilməməsi ilə bağlı razılığa gəliblər. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levittin Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra verdiyi açıqlamada deyilir. “Liderlər Yaxın Şərqdə gələcək münaqişələrin qarşısını almaq üçün potensial əməkdaşlıq haqda şəkildə danışıblar. Onlar həmçinin strateji silahların yayılmasının dayandırılmasının zəruriliyini müzakirə ediblər və onların mümkün qədər geniş istifadəsini təmin etmək üçün digər ölkələrlə birlikdə çalışacaqlarını bildiriblər. "Hər iki lider İranın heç vaxt İsraili məhv etmək iqtidarında olmaması ilə bağlı razılığa gəliblər", - deyə Ağ Evin bəyanatında deyilir. Xatırladaq ki, martın 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Surxay Əliyev