Fransa-Ermənistan Dostluq Qrupu və Senatın Dağlıq Qarabağ üzrə Beynəlxalq İnformasiya Qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına çağırır. Bu barədə Fransa Senatının bəyanatında deyilir. Senatın Fransa-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri Gilbert-Luc Devinat və Dağlıq Qarabağ üzrə Beynəlxalq İnformasiya Qrupunun sədri Etyen Blan Ermənistanın Azərbaycanla sülh sazişinin əldə edilməsinə sadiqliyini alqışlayırlar. Onlar Cənubi Qafqazda uzunmüddətli sülh prosesini inkişaf etdirmək üçün sazişin tezliklə imzalanmasını tələb edirlər. Bu sazişin imzalanması Ermənistan və Azərbaycan arasında danışıqlarda ilk addım olmalıdır. Məqsəd hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə münasibətlərin normallaşmasına nail olmaqdır. Bu saziş imzalanana qədər fəaliyyəti 2027-ci ilə qədər uzadılan Aİ-nin monitorinq missiyası öz işini davam etdirməlidir. Qarşıdurma riski yüksək olan ərazilərdə müşahidə olunan insidentlərin sayını əhəmiyyətli dərəcədə azaltdığı üçün onun rolu çox vacibdir. Müqavilənin bağlanması Azərbaycan tərəfindən “qanunsuz” olaraq saxlanılan bütün məhbusların azad edilməsinə və Beynəlxalq Məhkəmənin Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz və maneəsiz geri qayıtmaq hüququnu təsbit edən 2023-cü il 17 noyabr tarixli qərarının onların hüquqlarına hörmətlə yanaşılmaqla səmərəli şəkildə həyata keçirilməsinə gətirib çıxarmalıdır.
Bu yerdə qeyd etməmək olmur ki,insan nə qədər ədalət hissini itirməlidir ki,Azərbaycan xalqına,ümumiyyətlə insanlığa qarşı ağır cinayət törətmiş canilərin qanunsuz saxlanmasını iddia edəsən.Və ya heç bir təhdid,təzyiq olmadan Qarabağı tərk edən erməni əhalisini siyasi alver predmetinə çevirəsən Surxay Əliyev