Finlandiyanın başına gələnlər göstərir ki, Ukrayna heç bir halda Rusiyanın şərtləri ilə razılaşmamalıdır.Çünki Rusiyanın şərtləriylə razılaşmaq suverenliyin və ərazi bütövlüyünün itirilməsi deməkdir. Bu fikri çərşənbə günü Helsinkidə mətbuat konfransında “European Pravda”nın sualını cavablandıran Finlandiya prezidenti Aleksandr Stubb deyib. Finlandiya dövlətinin başçısı Rusiyanın işğal etdiyi ərazilərin tanınmasını tələb etməsi ilə bağlı informasiya məkanında yayılan xəbərlərə də münasibət bildirib və bunun Ukrayna dövlətçiliyinin bəzi əlamətlərinin itirilməsi olacağını qeyd edib. Və vurğulayıb ki,bu, Finlandiyaya SSRİ-nin hücumu zamanı 1939-1940-cı illərin Qış Müharibəsi adlanan müharibənin nəticəsini xatırladır. Finlandiya prezidenti qeyd edib ki, "Dövlətçiliyin təməli üç sütuna - müstəqillik, suverenlik və ərazi bütövlüyünə əsaslanır. Finlandiya 1944-cü ildə Stalinin “sülhü” ilə onlardan ikisini itirdi. Doğrudur, müstəqilliyimizi qoruyub saxladıq, lakin qərarların qəbulunda (dövlətin xarici siyasəti ilə bağlı ) suverenliyimizi və ərazimizin 10 faizini itirdik"- deyən Stubb əlavə edib ki, onun üçün bunun həm də şəxsi ölçüsü var, çünki SSRİ, “babalarımın doğulduğu əraziləri” işğal və ilhaq edib. Finlandiya hökumətinin Sovet İttifaqı ilə imzaladığı sülh müqaviləsinə əsasən, Finlandiya öz ərazilərinin bir hissəsini Rusiyanın bir hissəsi kimi tanımağa razılıq verdi. “EuroPravda”nın Ukraynanın bundan çəkinib-çəkinməməsi ilə bağlı sualını şərh edərkən, Finlandiya prezidenti qeyd edib ki,"Ukraynanın bu vəziyyətdə qalması ilə bağlı sualınıza mənim cavabım həlledici deyil." Bununla belə Aleksandr Stubb Ukraynaya "həm müstəqilliyini, həm də Avropaya və Qərbə gedən yolunu müəyyənləşdirmək üçün suveren hüququnu və ərazi bütövlüyünü qoruyub saxlaması üçün fəaliyyətini davam etdirəcəyini" vəd etdi. “EuroPravda”nın xəbərinə görə, mətbuat konfransında Zelenski sülh danışıqlarında ərazi məsələlərinin qaldırılacağını etiraf edib, lakin bunun Ukrayna üçün qırmızı xətt olduğunu vurğulayıb.
Surxay Əliyev