Türkiyədə yeni proseslər cərəyan edir. Belə ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial şəbəkəyə - “X”, “Youtube”, “TikTok” və “Instagram”a giriş məhdudlaşdırılıb. Bu barədə “NetBlocks” monitorinq resursu məlumat yayıb. Məlumata görə, Ə.İmamoğlu saxlanılmazdan əvvəl video paylaşıb və orada mübarizəsini davam etdirəcəyini deyib. Qeyd edək ki, onu korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində saxlayıblar.
Mətləb Salahov