İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və şəhərin Şişli Bələdiyyəsinin başçısı Rəsul Əmrah Şahan da daxil olmaqla, bir neçə nəfər “PKK/KCK terror təşkilatına yardım etmək” şübhəsi ilə saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğu Əkrəm İmamoğlu da daxil olmaqla, 100 şübhəli barəsində müxtəlif cinayətlərə görə həbs qərarı verildiyini açıqlayıb.
Şübhəlilər “cinayət təşkilatı qurmaq”, “rüşvət almaq”, “dələduzluq”, “tender saxtakarlığı” kimi cinayətlərdə təqsirləndirilir.
Mətləb Salahov