ABŞ-ın “Figure” şirkəti insanabənzər robotların özlərinə bənzər robotları yığacağı zavodu təqdim edib. Yeni müəssisə ildə 12 min vahid texnika istehsal etmək gücünə malikdir. İstehsalat tamamilə humanoid maşınların yaradılmasına yönəlib və proses zamanla daha da avtomatlaşdırılacaq.
Zavodun ilk istehsal xətti birbaşa şirkət daxilində hazırlanıb. Bu yanaşma “Figure”ə keyfiyyətə nəzarət etmək, robotların yığılma prosesinin effektivliyini artırmaq və konstruksiyada operativ dəyişikliklər etmək imkanı verəcək. İstehsalat sahəsi işlərin hər mərhələsinə nəzarəti təmin edin müasir rəqəmsal sistemlərlə təchiz olunub.
Mətləb