Rusiya diktatoru Vladimir Putin tam atəşkəs təklifini faktiki olaraq rədd edib. Belə ki,Rusiya Ukraynaya hücumlarını davam etdirir və bu o deməkdir ki, sülh naminə Rusiyaya təzyiqlər davam etməlidir. RBK-Ukrayna dövlət başçısının rəsmi Telegram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, hazırda Ukraynanın bir çox regionlarında “Rusiyanın həqiqətən nəyə ehtiyacı olduğunu əsiı mənada eşidə bilərsiniz”. Ukrayna üzərində 40-a yaxın Şahid PUA-sı var və hava hücumundan müdafiə əməliyyatı aparılır.
“Təəssüf ki, mülki infrastrukturlara zərbələr endirilib. “Şahed”in birbaşa Sumdakı xəstəxananı vurub, Donetsk vilayətinin şəhərlərinə zərbələr endirib, pilotsuz təyyarələr hazırda Kiyev, Jitomir, Sum, Çerniqov, Poltava, Xarkov, Kirovoqrad vilayətinin səmalarındadır, deyə Zelenski qeyd edib.O,əlavə edib ki, Rusiyanın məhz belə gecə hücumları Ukraynanın enerji infrastrukturunu və ukraynalıların normal həyatını məhv edir. Bu gecənin də istisna olmaması onu göstərir ki, sülhə nail olmaq üçün Rusiyaya təzyiqlər davam etməlidir. "Bu gün Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etmiş oldu. Dünyanın Putinin müharibəni uzatmaq cəhdlərini rədd etməsi daha düzgün olardı", - deyə prezident yazıb. Dövlət başçısı qeyd edib ki, bu təzyiqlər siyahısına aşağıdakılar daxildir: Rusiyaya qarşı sanksiyalar; Ukraynaya yardım; “azad dünyada” müttəfiqləri gücləndirmək və təhlükəsizliyi təmin etmək üçün çalışmaq. “Və bu müharibəni bitirmək istəyinin sübutu kimi yalnız Rusiya tərəfindən mülki infrastruktura hücumların real şəkildə dayandırılması sülhü yaxınlaşdıra bilər”, - deyə Zelenski yekunlaşdırıb.
Surxay Əliyev