Vladimir Putinlə Donald Trampın Ukrayna müharibəsini müzakirəyə çıxardıqları bir vaxtda, Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyaya səfərə gedib. Səfər çərçivəsində o, Finlandiya Prezidenti Aleksandr Stubb, Baş nazir Petteri Orpo və müdafiə sənayesi nümayəndələri ilə görüşəcək. Səfərin əsas məqsədi Ukraynanın müdafiəsinin dəstəklənməsi, ölkədə silah istehsalına investisiyalar və Ukraynanın Avropa inteqrasiyası məsələlərinin müzakirəsidir.
Bundan əlavə, Zelenski Ukraynanın NATO-ya dəvət olunacağına ümid etdiyini bildirib və alyans ölkələrinin siyasi addımlarının vacibliyini vurğulayıb. Zelenskinin səfəri həmçinin Şimali Avropa ölkələrinin baş nazirlərinin sammitində iştirakını da əhatə edir. Bu sammitdə Ukraynaya hərbi dəstəyin artırılması, Avropa Birliyi və NATO ilə münasibətlərin inkişafı müzakirə olunacaq.
Mətləb