Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında gözlənilən söhbətin təfərrüatlarını əvvəlcədən açıqlamayacaq. Sitat-“Biz heç vaxt bunu etmirik, heç vaxt lazım olandan irəli getmirik. Söhbət hazırlanır. Amma bizim anlayışımıza görə, iki prezidentin söhbətinin məzmunun hər hansı bir müzakirə obyekti deyil. "Buna görə də biz bunu etməyəcəyik",- deyə Kreml sözçüsü brifinqdə deyib. TASS-ın sualını cavablandıran Peskov təsdiqləyib ki, Putinlə Tramp arasında söhbət martın 18-i çərşənbə axşamına hazırlanır. ABŞ prezidenti ötən gün jurnalistlərə bildirib ki, çərşənbə axşamı Rusiya lideri ilə danışmağı planlaşdırır və söhbət zamanı o,Ukrayna münaqişəsi çərçivəsində ərazi və infrastruktur məsələlərinə xüsusi diqqət yetirmək niyyətindədir.
Surxay Əliyev