Çexiyanın xarici işlər naziri Yan Lipavski Avropa İttifaqı həmkarları ilə martın 17-də keçiriləcək görüşdə Donald Tramp administrasiyasının maliyyəsini kəsdiyi “Azadlıq” radiosunun mümkün davamını müzakirə etmək istəyir. “European Pravda” xəbər verir ki, o, bu barədə Çexiya televiziyasında bildirib. Lipavskinin sözlərinə görə, “Azadlıq” radiosunun yayımının davam etdirilməsi Avropanın maraqlarına cavab verir və buna nümunə kimi Şərqi Avropa və Asiya ölkələrində demokratik qüvvələrin dəstəyini göstərir. O qeyd edib ki, “Azadlıq” radiosunun Çexiya və Avropa üçün nə demək olduğunu siyasi baxımdan düşünmək lazımdır. "Qonşuluğumuzda totalitarizmin çiçəkləməməsi bir başa bizim maraqlarımıza uyğundur", - deyə Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Bir gün əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Trampın ABŞ Qlobal Media Agentliyini (USAGM) ixtisar etmək qərarı ilə əlaqədar “Azadlıq” radiosunun maliyyələşdirilməsi ləğv edilib. Qeyd edək ki, “Azad Avropa/Azadlıq” radiosunun baş redaksiyası Praqada yerləşir. Bundan əvvəl jurnalistlərin işdən kənarlaşdırıldığı Amerikanın Səsi ilə bağlı problemlər barədə xəbərlər gəldi, bu da yayımın faktiki olaraq dayanması deməkdir.
Surxay Əliyev