Bu barədə yazan Reuters qeyd edib ki, Ukrayna torpaqlarının bölünməsi ilə bağlı danışıqlar bir müddətdir ki, gedir. Reuters agentliyi Zaporojye AES-i və Rusiya işğalçılarının nəzarəti altında olan torpaqların güzəştləri ilə bağlı sualı cavablandıran Trampdan sitat gətirib:- Sitat-"Biz torpaqlar,elektrik stansiyaları haqqında danışacağıq" deyib. "Düşünürəm ki, bunların çoxu artıq hər iki tərəf, Ukrayna və Rusiya tərəfindən müzakirə olunur. Biz artıq bu barədə, müəyyən aktivlərin bölünməsindən danışırıq"-sitatın sonu.
Tramp daha əvvəl Rusiya diktatoru Putinlə çərşənbə axşamı danışmağı planlaşdırdığını demişdi. "Çərşənbə axşamı Putinlə danışacam. Həftə sonu çox iş görüldü", - deyəTramp qeyd edib. Eyni zamanda, Qərb mediası qeyd edib ki, Putin Ukrayna ilə bağlı istənilən sülh sazişində ölkənin NATO-ya üzv olmayacağı və neytral statusunu saxlayacağına dair təminat istəyəcək. Bununla yanaşı Kreml NATO sülhməramlılarının da Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir.
Surxay Əliyev