“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

Trampın kralın qərarından çox qıcıqlandığını bildirən ekspertlər qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Kral Çarlzı Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə görəndə “özünü oyun meydançasında qısqanc uşaq” kimi aparıb. Bu barədə məşhur kral müxbiri Sara Hyuson “The Sun” nəşrinə danışıb. Onun sözlərinə görə, Amerika lideri sanki özünü “dostunun başqası ilə oynamasını istəməyən” məktəbyaşlı ərköyün uşaq kimi aparıb. Bu, monarxın Oval kabinetdə Trampla mübahisəsindən sonra Sandrinqemdə Ukrayna prezidenti ilə görüşündən sonra baş verib. The Sun xatırladır ki, onların görüşü Trampın kralın "görünməmiş" ikinci dövlətə səfəri üçün dəvətini qəbul etməsindən bir neçə gün sonra baş tutub və bu səfər zamanı ABŞ prezidenti Çarlzı "gözəl insan" adlandırıb. Eyni zamanda kral ekspertləri iddia edirlər ki, Tramp kralın Zelenskiyə jestindən möhkəm “qıcıqlanıb”. Kralın fotoqrafı Artur Edvards da The Sun-a danışıb: "O, prezident Zelenski ilə çox vaxt keçirdi və onların nə haqda danışdıqlarını bilmək istərdim. Bilirəm ki, Kral tamamilə onun tərəfindədir. Kral heyrətamiz insandır .
Surxay Əliyev