BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzzadakı vəziyyətlə bağlı açıqlama yayıb. Qurum bəyan edib ki, İsrailin humanitar yardımı davam etdirdiyi blokadaya görə Qəzza zolağında ərzaq təminatı kritikdir. Bu barədə ÜƏP-nin "X" hesabında məlumat verilib.
“Martın 2-dən bəri Qəzzaya heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”, - bəyanatda bildirilir. İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.
Mətləb Salahov