Bu üçüncü dünya müharibəsinə çevrilə bilər. Bu fikiri ABŞ prezidenti Donald Trampın müşaviri Mayk Vals ABC News telekanalı jurnalistinin Rusiya-Ukrayna münaqişəsinin həllinin Rusiya Federasiyasının zəbt etdiyi ərazilərdə qalıb-qalmaması ilə bağlı sualını cavablandırarkən deyib. Mayk Vals qeyd edib ki,biz özümüzə sual verməliyik ki, bu (Rusiya tərəfindən ələ keçirilən əraziləri Ukraynaya qaytarmaq) bizim milli maraqlarımıza uyğundurmu? Bu, realdırmı? Biz bu barədə həm avropalılarla, həm də ukraynalılarla danışmışıq. Doğrudanmı biz hər bir rusu Ukrayna torpağının hər qarışından, o cümlədən Krımdan qovmalıyıq?." –deyə Trampın müşaviri vurğulayıb .
Surxay Əliyev