Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

Ermənistanla Azərbaycan arasında danışıqların başa çatması barədə elanı alqışladığını deyən Fransa lideri Emmanuel Makron qeyd edib ki, sülh müqaviləsi Cənubi Qafqazda davamlı sülhə yol açmalıdır. Bu barədə o, X-dəki bloqunda yazıb. "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına indi heç bir maneə yoxdur və bu, Cənubi Qafqazda davamlı sülhə yol açmalıdır", - deyə Makron yazıb. Bundan əvvəl məlum olub ki, İrəvan və Bakı qalan iki bənd üzrə də razılığa gələrək, sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Onlar üçüncü qüvvələrin (Aİ-nin Ermənistandakı missiyası ) sərhədyanı rayonlardan çıxarılması və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.
Surxay Əliyev